“Barselona”nın yarımmüdafiəçisi bir neçə oyunu buraxacaq
03.12.2025 , 12:03
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Atletiko” ilə matçda zədələnərək komandasının növbəti qarşılaşmalarını buraxacaq.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu oyunun 65-ci dəqiqəsində ikinci qolunu vurduqdan sonra əvəzlənib. Müayinələr nəticəsində ona çiyin çıxığı diaqnozu qoyulub və Olmonun təxminən üç həftə meydanda olmayacağı açıqlanıb.
Bu müddət ərzində “Barselona” “Betis” (6 dekabr), Frankfurt “Ayntraxt” (UEFA Çempionlar Liqası, 9 dekabr), “Osasuna” (13 dekabr) və “Vilyarreal” (21 dekabr) ilə qarşılaşacaq.
Cari mövsümdə Olmo 17 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.