“Barselona”nın Yamal qərarı
24.02.2025 , 16:35

“Barselona” hücumçusu Lamin Yamalla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi gənc ulduzla yeni müqavilə imzalayacaq.
Tərəflər arasında sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulacaq.
17 yaşlı futbolçunun La Liqa klubu ilə hazırkı kontraktı 2026-cı ilin yayına qədərdir.
Yamal bu mövsüm 33 oyun keçirib. O, bu görüşlərdə 11 qol vurub və 16 məhsuldar ötürmə edib.
