Bu mövsüm İspaniya La Liqasında və ÇL- ı turnirində qızıl medallara sahib ola bilməyən "Barselona", gələn mövsüm üçün müdafiəni gücləndirməyə çalışacaq.
Korner.az-ın məlumatına görə, Avropanın bir çox yerlərindən futbolçular almaq istəyən katalonların transfer sıyahısı məlum olub:
Tiyaqo Silva "Milan", Xavi Martinez "Atletik" (Bilbao), İniqo Martinez "Real" (Sosyedad), Deyan Lovren "Lion", David Luiz "Çelsi", Tomas Vermalen "Arsenal", Yan Vertongen "Ayaks", Neven Subotiç və Mats Hummels "Borussiya" (Dortmund).
"Barsa"nın bu 9 futbolçudan başqa "Valensiya"nın cinah müdafiəçisi Yordi Alba ilə maraqlandığı da bildirilir.
