“Barselona”nın sabiq məşqçisi vəfat etdi
04.11.2020 , 19:40

“Barselona”nın sabiq məşqçisi Tonni Bryuins vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Niderlandlı mütəxəssis 74 yaşında dünyasını dəyişib.
Bryuins məşqçi karyerasında “Ayaks”, PSV, “Alkmaar”, Portuqaliyada “Benfika”, İspaniyada “Barselona” və “Valensiya” kimi klublarda məşqçilik edib.
