“Barselona”nın sabiq baş məşqçisi vəfat etdi
06.05.2024 , 16:35

“Barselona”nın sabiq baş məşqçisi Sesar Luis Menotti dünyasını dəyişib.
Korner.az xəbər verir ki, o, 86 yaşında vəfat edib.
1974-1983-cü illərdə Argentina yığmasını çalışdıran mütəxəssis 1978-ci ildə milli ilə dünya çempionu olub.
Onun son iş yeri isə 2007-ci ildə tərk etdiyi “Estudiantes Tekos” (Meksika) olub.
