“Barselona”nın qapıçısı vəfat etdi
18.07.2024 , 11:55

Ekvadorun “Barselona” klubunun qapıçısı Quayakil Castin Kornexo duş kabinasında həyatını itirib.
Korner.az xəbər verir ki, 20 yaşlı futbolçu evində duş almaq istəyərkən yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qolkiperin həyatını xilas etmək mümkün olmayıb.
