“Roma” və “Barselona” Xoan Qamperin xatirəsinə təşkil olunan “Qamper Kuboku” çərçivəsində yoldaşlıq matçı keçirəcəklər.
Korner.az-ın məlumatına görə, “Qamper Kuboku” – “Barselona”nın hər il avqustun ikinci yarısında təşkil etdiyi yoldaşlıq matçıdı.
1996-cı ilə qədər “Qamper Kuboku”nda 1/4 final, yarımfinal, üçüncülük və final görüşləri keçirilirdi. 1997-ci ildən isə yarışdakı oyunların sayı yeni mövsüm hazırlıqlarınn dolğunluğuyla əlaqədar bir matça endirilib.
