“Barselona”nın Pena qərarı
09.05.2023 , 20:13
“Barselona” qapıçısı İnaki Pena ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, qolkiperlə 3 illik yeni sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı əlcək sahibi 2026-ci ilə qədər Kataloniya klubunun uğurları üçün çalışacaq.