İspaniyanın "Barselona" klubu 2011-2012-ci il mövsümündə qazandığı gəlir açıqlanıb. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi tarixində ən yüksək maliyyə göstəricis olan 40 milyon avro gəlir əldə edib.
Qazanılmış vəsait “Barsa”nın borclarının azaldılmasına sərf olunacaq. Bundan sonra klubun borcu 340 milyon avroya enəcək.
Qeyd edək ki, Sandro Rossel “Barselona”nın prezidenti seçildiyi vaxt klubun borcu 420 milyon avro olub.
