“Barselona”nın müdafiəçisi Fransa klubunda
17.08.2018 , 16:09

“Barselona”nın müdafiəçisi Serji Palensiya karyerasını “Bordo”da davam etdirəcək
22 yaşlı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. Serjinin icarə müddəti 1 ildir.
Qeyd edək ki, “Barselona B”nin kapitanı olan gənc futbolçu ötən mövsüm Sequndada 31 görüşdə forma geyib.
