Keçən mövsüm "Barselona"nın müdafiədə göstərdiyi oyun komandanı yeni müdafiəçilər axtarmağa sövq edib.
Korner.az xəbər verir ki, hazırda komandanın iki nominal mərkəz müdafiəçisi var: Pike və Bartra.
İvan Rakitiç, Klaudio Bravo və Haliloviçi heyətinə qatan "kataloniyalılar" müdafiə üçün Matz Hummels və Yan Vertonqenin adını düşünürlər.
