“Barselona”nın Messi planı – Ona muzey həsr olunacaq
26.04.2023 , 17:59
“Barselona” Messinin dönüşü üçün hər cür yolu sınayır.
Korner.az xəbər verir ki, PSJ ilə yeni müqavilə imzalamayan Messi ilə bağlı iddialar gündən-günə artır.
AS-ın məlumatına görə, “Barselona”nın infrastrukturunun keçmiş qərargahı Messiyə həsr olunmuş muzey olacaq.
Messini transfer etmək üçün maliyyə yükündən xilas olmaq istəyən “Barselona” ulduz futbolçunun maaşının bir hissəsini buradan qarşılamağı planlaşdırır.