“Barselona”nın məşqini buraxdı
30.10.2025 , 11:34
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq son məşqi buraxıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya məşqə qatılmamaq üçün klub tərəfindən icazə verilib.
28 yaşlı oyunçu şəxsi səbəblərə görə komandadan müvəqqəti ayrılıb. Onun yoxluğu zədə ilə bağlı deyil. Klub hadisənin təfərrüatlarını açıqlamamağı üstün tutub.
De Yonq cari mövsümdə “Barselona”nın heyətində 11 qarşılaşmada oynayıb və 2 qol ötürməsi ilə yadda qalıb. O, iki həftə əvvəl klubla müqaviləsini 2029-cu ilə qədər uzadıb.
Hans-Diter Flikin rəhbərliyi altında “Barselona” noyabrın 2-də La Liqanın 11-ci turunda “Elçe”ni qəbul edəcək.