“Barselona”nın sabiq ulduzu Xristo Stoiçkov gözlənilməz açıqlamalar ilə diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, bolqarıstanlı mütəxəssis “Mançester Yunayted”in baş məşqçisi Lui van Qaalı ittiham edib.
Vaxtıyla hollandiyalı çalışdırcının baş məşqçiliyi altında “Barselona”da çıxış etmiş futbolçu van Qalın işinə belə qiymət verib:
“Mən heç vaxt onun göstərişlərini yerinə yetirməzdim. Bir zamanlar Lui van Qaal “Barselona”nı məhv etdi. O, Viktor Valdesə qarşı haqsızlıq etdi. Onda anladım ki, Lui van Qaal insan deyil. Hollandiyalı mütəxəssis eyni siyasəti “Mançester Yunayted”ə də tətbiq edib. Yəqin ki, Pedro mənim dediklərimdən nəticə çıxarıb “Barselona”nı tərk etməyəcək. Əgər İngiltərə klubuna keçsə də belə, onu Lui van Qallın başçılığı altında uğur gözləmir”.
