"Barselona" "Valensiya"nın sol cinah yarımmüdafiəçisi Yordi Albanı heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, Alba katalonlara 14 milyon avroya başa gəlib. İspaniyalı futbolçu ilə 5 illik müqavilə bağlandığı klubun rəsmi saytında da öz əksini tapıb.
"Barselona" aşağı yaş qruplarında çıxış etmiş Yordi Alba 2007-ci il mövsümündə "yarasalar"a keçib.
