“Barselona”nın hücumçusu Munir EL Haddadi karyerasını “Valensiya”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 20 yaşlı hücumçu yeni komandasında icarə əsasında çıxış edəcək.
Artıq klublar arasında razılıq əldə olunub.
2014-cü ildən “Barsa”da çıxış edən ispaniyalı futbolçu 25 oyuna 4 qol vurub.
