“Barselona” hücumçusu Kristian Telyonu yenidən icarəyə verib.
Korner.az-ın məlumatına görə, 24 yaşlı futbolçu “Fiorentina”ya keçib.
İspaniyalı futbolçu mövsümün sonuna qədər İtaliya klubunda oynayacaq. Lakin “Fiorentina”nın Telyonun birbaşa transfer hüququna yiyələnmək imkanı da var. Bunun üçün “Fiorentina” 8 milyon avrosundan keçməli olacaq.
