İspaniya La Liqasında mübarizə aparan “Barselona” İngiltərənin “Sauthempton” klubunun futbolçusu Sedrik Soaresi transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda “A Bola” xəbər yayıb.
İngiltərə təmsilçisi portuqaliyalı üçün 30 milyon avro tələb edir.
Bildirilir ki, Soaresin transferi reallaşsa, “Barselona” Aleks Vidalı komandadan göndərəcək.
Qeyd edək ki, Soaresin “Sauthempton” ilə 2020-ci ilə qədər müqaviləsi var.
Xatırladaq ki, 25 yaşlı oyunçu bu mövsüm 23 oyuna 1 məhsuldar ötürmə edib.
