“Barselona”nın gənc futbolçusu İspaniya millisinə çağırıldı
30.09.2019 , 16:43
“Barselona”nın gənc futbolçusu Ansu Fati İspaniya millisinə çağırılıb.
Korner.az xəbər verir ki, 16 yaşlı ulduz baş məşqçi Robert Morenonun 40 nəfərlik siyahısında yer alıb.
“Barselona”nın yetirməsi bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 assist edib.