“Barselona”nın gənc ulduzu Yamal zədədən qayıdır
13.10.2025 , 12:00
“Barselona”nın 18 yaşlı futbolçusu Lamin Yamal beynəlxalq fasilə bitənədək zədəsini sağaldaraq Kataloniya derbisində oynamağa hazır olacaq.
Korner.az xəbər verir ki, əvvəl onun oyunu buraxacağı gözlənilsə də, İspaniya mətbuatı artıq nikbin məlumatlar yayıb.
Bundan əlavə, Rafinya Dias və Fermin Lopes də “Jirona” ilə qarşılaşmanın iştirakçı siyahısına daxil ediləcək.
Qeyd edək ki, matç oktyabrın 18-də keçiriləcək