“Barselona”nın gənc oyunçusu tarixə düşdü
23.10.2023 , 14:16

“Barselona”nın gənc futbolçusu Mark Qiu klubun tarixinə düşüb.
Korner.az xəbər verir ki, o, buna La Liqanın 10-cu turunda “Atletik”lə oyunda nail olub.
Belə ki, Mark görüşün 80-ci dəqiqəsində meydana çıxıb və cəmi 20 saniyə sonra qol vurub.
Bununlada o, “Barsaelona”nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu olub – 17 yaş 291 gün.
