“Barselona”nın gənc oyunçusu iki nəhəng klubun hədəfində
21.06.2024 , 22:40

“Barselona”nın gənc futbolçusu Mark Qui klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, oyunçu “Çelsi” və “Bavariya”nın transfer hədəfinə düşüb.
Kataloniya təmsilçisi isə futbolçu ilə müqaviləni yeniləmək fikrindədir.
18 yaşlı Mark Qui “Barselona”nın yetirməsidir.
