“Barselona”nın gənc futbolçusu tarixə düşdü
15.09.2019 , 15:10

“Barselona”nın futbolçusu Ansu Fati La Liqanın IV turunda “Valensiya”ya qarşı matçda (5:2) bir qol və bir assistlə tarixə düşüb.
Korner.az xəbər verir ki, Fati La Liqanın bir oyununda qol vuran və məhsuldar ötürmə edən ən gənc futbolçu olub.
Futbolçunun İspaniya millisində oynayacağı gözlənilir.
