“Barselona”nın futbolçusuna 800 min avroluq cərimə
18.10.2018 , 11:21

“Barselona”nın futbolçusu Arturo Vidal 800 min avro məbləğində cərimələnib.
2017-ci ildə “Bavariya”da oynayan zaman gecə klublarından birində dava salan və şəxslərdən birinin başına butulka ilə vuran çilili yarımmüdafiəçi etdiyi hərəkət səbəbindən 800 min avro cəriməyə məruz qalıb.
Vidal 80 gün ərzində bu məbləği ödəməlidir.
