“Barselona”nın futbolçusu sıradan çıxdı
15.07.2024 , 21:49

“Barselona” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçusu Ronald Arauxo sıradan çıxıb.
Buna səbəb Uruqvay millisinin üzvü Amerika Kubokunun 1/4 final mərhələsinin Braziliya ilə oyununda zədələnməsi olub.
25 yaşlı futbolçunun yaxın günlərdə əməliyyat olunacağı gözlənilir.
Arauxonun hələlik bərpa müddəti məlum deyil.
