İtaliyanın "Milan" klubu daha bir futbolçunun keçidini həll edib. Korner.az-ın məlumatına görə, bir çox aparıcı futbolçularını satan "Milan" müqavilə ilə"Barselona"ya məxsus gənc futbolçu Boyan Krkiçlə güclənib. Son olaraq A seriyasında "Roma"da çıxış edən 22 yaşlı futbolçu "canavarlar"ın heyətində 37 oyunda 7 dəfə rəqib qapıçıları məyus etməyi bacarmışdı. "Milan" Krkiçi icarə əsasında komandaya gətirib.
