Almaniyanın “Bavariya” klubu “Barselona”nın gənc futbolçusu Tiyaqo Alkantaranı rəsmən transfer etdiyini açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçunun transferi “Bavariya”ya 25 milyon avroya başa gəlib.
