“Barselona”nın futbolçusu Portuqaliya klubuna keçir
24.06.2025 , 22:08

“Barselona”nın yarımmüdafiəçisi Pablo Torre karyerasını Portuqaliyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İspaniyalı futbolçunun xidmətində “Benfika” maraqlıdır.
22 yaşlı oyunçu son mövsümdə 14 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
