“Barselona”nın futbolçusu nəhəng klubların hədəfində
20.08.2024 , 14:55

Yeni mövsümə başlayan “Fənərbağça” transfer çalışmalarını sürətləndirib.
Korner.az xəbər verir ki, klubun gündəmində olan futbolçulardan biri Ansu Fatidir.
Joze Mourinyo “Barselona”nın 21 yaşlı ulduzunu heyətində görmək istəyir.
“Barselona”nın satış siyahısına saldığı Ansu Fati ilə “Fənərbağça” ilə yanaşı “Sevilya”, “Marsel” və “Vulverhempton”un da maraqlandığı bildirilir.
