“Barselona”nın futbolçusu klubunu dəyişir
22.10.2024 , 14:57
“Barselona”nın futbolçusu Ferran Torres klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, onun İngiltərəyə qayıdacağı iddia olunur.
Onunla “Aston Villa”nın maraqlandığı bildirilir.
Birmingem təmsilçisi 24 yaşlı oyunçu üçün 15 milyon avro ödəməyə hazırdır.
İspaniya nəhəngi isə Torres üçün 25 milyon avro tələb edir.