Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçunu heyətinə cəlb edir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi “Barselona”nın müdafiəçisi Adriano Korrea ilə razılıq əldə edib.
Braziliyalı futbolçunun bu gün Türkiyəyə gedəcəyi gözlənilir.
Adriano 2010-cu ildən Kataloniya klubunda çıxış edir.
