“Barselona”nın futbolçusu 5–6 həftəlik sıradan çıxdı
27.02.2026 , 09:00
“Barselona” klubunda Frenki de Yonqun zədəsi ilə bağlı rəsmi açıqlama yayılıb.
Korner.az xəbər verir ki, klubun yaydığı məlumata görə, niderlandlı yarımmüdafiəçi səhər məşqi zamanı sağ ayağının ikibaşlı əzələsinin distal hissəsindən zədə alıb.
Tibbi müayinələr nəticəsində onun 5–6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Beləliklə, de Yonq qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək və bərpa prosesi həkimlərin nəzarəti altında davam edəcək.