“Barselona”nın futbolçusu əməliyyat olunacaq
11.07.2024 , 10:00

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqdan yeni xəbər var.
Korner.az xəbər verir ki, futbolçunun yaxın günlərdə əməliyyat olunacağı iddia olunur.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Yonqun dizində hələ də problemlərin olduğu bildirilib.
