“Valensiya” klubu mövsümün sonunda baş məşqçisi Hari Nevillə yollarını ayıracaq.
Korner.az-ın məlumatına görə, buna komandanın İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona”ya 0:7 hesabı ilə uduzması səbəb olub.
Nevilin gəlişindən sonra komandanın qeyri-sabit çıxış etməsi rəhbərliklə yanaşı, azarkeşləri də narazı salıb.
Artıq “Valensiya” rəhbərliyi yeni mövsüm üçün məşqçi axtarışlarına başlayıb. Komandanın klubun sabiq baş məşqçisi Rafael Beniteslə danışıqlara başladığı bildirilir.
