İspaniya La Liqasının qalibi adını növbəti dəfə qazanan “Barselona” Kataloniyada yürüş edib.
Korner.az-ın məlumatına görə, “Barsa”nın avtobusundakı oyunçular şəhərin mərkəzi küçələrindən yüz minlərlə pərəstişkarın qarşısından keçiblər.
Çempionluq yürüşü qalmaqalsız ötüşməyib. Belə ki, Kataloniya təmsilçisinin iki futbolçusu Aleks Sonq və Jerard Pike avtobusda əlbəyaxa olublar. Buna səbəb isə Sonqun başına şotland papağı qoyması olub. Pike isə qarşılığında ona “Katalon şəhərində şotland papağı?!” deyərək Sonqun başına vurub.
Məhz bundan sonra sabiq “Arsenal”lı Pikeni şillələyib, sonra da yumruqlayıb. Dalaşan futbolçuları komanda yoldaşları ayırıblar.