Argentinalı ulduzu Leonel Messinin ardınca klubu “Barselona” da məhkəmədən pis xəbər alıb.
Korner.az-ın məlumatına görə, məhkəmə klubun 47 milyon avroluq ziyanı ödəməsi ilə bağlı qərar qəbul edib.
Klub Barselona şəhərinin L`Hospitalet Llobreqat bölgəsindəki 10 min kvadratmetrlik ərazini 2005-ci ildə 35,4 milyon avroya satıb. Anlaşmaya görə, ərazidə bir bina, bir otel və bir elektrik yarımstansiyası tikilməli idi. Lakin müqavilə şərtləri tam olaraq yerinə yetirilməyib.
Bu səbəbdən əmlak şirkəti məhkəməyə müraciət edib. Məhkəmə isə satış qiymətinin üzərinə hüquqi xərcləri də gələrək “Barselona”nın 47 milyon avroluq ziyanı ödəməsinə qərar verib.
