Ötən mövsüm London “Arsenal”ından “Barselona”ya transfer olunan Tomas Vermalen karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə İtaliyanın məşhur xəbər portalı Corriere dello Sport məlumat yayıb.
Mənbədə deyilir ki, romalılar güclü müdafiəçi axtarışındadı. Paytaxt təmsilçisinin əsas məqsədi Vermaleni heyətə qatmaqdı. Klub rəsmilərinin yaxın günlərdə danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, Vermalen ötən mövsüm “Barsa”nın heyətində bir oyuna belə çıxmayıb.
