UEFA Kubokunun “Dördlər Finalı”nın yarımfinalında “Araz” klubunu məğlub edən “Barselona” futzal klubunun baş məşqçisi Mark Karmona oyundan sonra açıqlama verib:
Konrer.az Karmonanın açıqlamasını sizə təqdim edir:
“Araz” çox sıx oyun nümayiş etdirirdi. Oynamaq çətin idi. Yaxşı ki, 0:1 hesabı ilə uduzanda, özümüzü ələ ala bildik. Əsasən öz səhvlərimizə görə qol buraxırdıq. Amma psixoloji cəhətdən dözə bildik. Hər iki komanda qələbə çala bilərdi. Biz çətin oyun, çoxlu sayda qol gözləyirdik. Bu, hər iki komandanın oyununun bir hissəsidir. Hətta əsas vaxtın sonunda qol buraxmağımıza baxmayaraq, yaxşı oynadığımızı bilirdik. Amma imkanlarımızı qola çevirə bilmədik. Pressinqə görə oynamaq çətin idi. Biz topa nəzarət edə bilmirdik”.