“Burda gördüklərim məni yaxşı dərəcədə təəccübləndirdi. Her şey əla
təşkil olunub. İştirakçıların səviyyəsi də buna sübutdu”.
Korner.az-ın məlumatına görə, bun sözləri “Barselona”nın 15 yaşadək futbolçulardan ibarət komandasının baş. məşqçisi Frank Anita deyib.
II Qəbələ kubokunun iştirakçılarından olan Kataloniya klubunun çalışdırıcısı “Porto” yenilgisi haqda bunları deyib:
“Porto”yla oyuna
gəlincə, birinci hissədəki oyunumuz bu turnirdeki ən yaxşı oyunumuz idi.
Birinci qoldan sonra oyunumuz pozuldu. Əvəzətmələr də nəticə vermədi”.