İspaniyanın “Barselona” klubunun baş məşqçisi Tito Vilanova istefa verib.
Korner.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssisin Kataloniya klubundan getməsinə səbəb səhətindəki problemdi. Belə ki, təcrübəli mütəxəssisin son müayinədən sonra xərçəng xəstəliyinin daha da irəliləməsi aşkarlanıb.
Qeyd edək ki, Vilanova 2012-ci ildə Pep Qvardiolanın komandadan ayrılmasındn sonra “Barselona”ya baş məşqçi təyin olunmuşdu.
