"Barselona"nın baş məşqçisi Tito Vilanova La liqanın sentyabrın 2-də "Valensiya", 16-da isə "Xetafe" ilə görüşlərini kənardan izləyəcək. Korner.az– ın məlumatına görə, 42 yaşlı mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub. Buna səbəb onun La liqanın II turunun "Osasuna" ilə qarşılaşmasında hakimlərlə mübahisə etdiyinə görə texniki zonadan qovulmasıdır.