Çempionlar Liqasında 1/8 finalında keçirilən "Barselona" – PSJ cavab görüşü zamanı Kataloniyada seysmik aktivlik qeydə alınıb.
Korner.az-ın məlumatına görə, buna "Barsa"nın azarkeşləri səbəb olub.
"Nou Kamp" stadionu yaxınlığındakı Jaume Almera adına Geologiya İnstitutunda seysmoqraflar Kataloniya klubunun 6-cı qolundan sonra yer səthinin silkələndiyini bildiriblər. Serxi Robertonun qolundan sonra Rixter şkalası üzrə 1 maqnitudalı zəlzələ baş verib. Adi həyatda insanlar belə zəlzələni nadir hallarda hiss edirlər. Lakin bu, seysmoqraflar tərəfindən daim qeydə alınır. (Marca)
