“Barselona”nı o çalışdıra bilər
27.02.2024 , 16:25

“Barselona”da baş məşqçi postuna daha bir namizədin adı məlum olub.
Korner.az xəbər verir ki, söhbət “İnter”in baş məşqçisi Simone İnzaqidən gedir.
O, Kataloniya klubuna rəhbərlik edə bilər.
Xavi mövsümün sonunda postundan ayrılacağı üçün klub yeni namizəd üçün axtarışlarını davam etdirir.
