“Barselona”nı məğlub edən baş məşqçi: “Çox xoşbəxtəm”
11.12.2023 , 11:17

“Çox xoşbəxtəm. Çünki “Barselona” kimi komandanı məğlub etdik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Jirona”nın baş məşqçisi Miçel “Barselona”ya qalib gəldikləri (4:2) oyundan sonra deyib.
Təcrübəli çalışdırıcı komandasını avrokuboka çıxartmağa çalışdığını gizlətməyib:
“Biz liderik, amma bu, çox çətindir. Gələn mövsüm avrokuboklarda olmaq üçün mübarizə aparmalıyıq”.
