“Barselona”nın müdafiəçisi Daniel Alveş “Yuventus”a keçməyə çox yaxındır.
Korner.az-ın məlumatına görə, bu haqda “Football İtalia” yazıb.
Braziliyalı futbolçu Turin təmsilçisi ilə anlaşıb.
Onun İtaliya klubu ilə 2-3 illik müqavilə imzalayacağı bildirilir. Alveşin transferi rəsmiləşəcəyi təqdirdə 33 yaşlı futbolçu “Yuventus”da ilinə 5 milyon avro qazanacaq.
