“Barselona”nın prezidenti Sandro Rozzel istefa verib.
Korner.az-ın məlumatına görə, Kataloniya klubunun rəhbəri bu barədə klubun rəsmi kanalı “Barça Tv”-ə açıqlama verib.
Artıq klubun yeni prezidentinin kimliyinə aydınlıq gəlib. Belə ki, klubun əvvəlki vitse-prezidenti Josep Bartomeu klubun 2016-ci ilə qədər rəhbəri olacaq.