“Barselona”dan “Yuventus”a?
16.04.2025 , 18:07

“Barselona”nın futbolçusu Ansu Fati mövsümün sonunda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, hücumçu karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Gənc ulduzla “Yuventus” yaxından maraqlanır.
Turin klubu yayda oyunçunu heyətinə cəlb etmək üçün hərəkətə keçəcək.
22 yaşlı forvardın hazırkı transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir.
