“Barselona”dan yeni transfer – Rəsmi
17.12.2024 , 23:11
“Barselona” futbolçu İbrahim Diarranı transfer edib.
Korner.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
O, komandaya “African Foot” adlı akademiyadan cəlb edilib.
Malili futbolçunun 18 yaşı ilin sonunda tamam olduğuna görə o, yanvara qədər “Barselona B” komandasında çıxış edəcək.