“Barselona”dan yeni transfer
20.02.2020 , 19:20

“Barselona” heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Leqanes”dən Martin Breytveyti transfer edib.
Hücumçu ilə müqavilə mövsümün qalan hissəsi və 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
“Barselona” Breytveyt üçün “Leqanes”ə 18 milyon avro ödəyib.
