“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, Kataloniya klubu Uruqvayın “Penarol” klubunda çıxış edən müdafiəçi Santyaqo Buenonu heyətinə qatmağa hazırlaşır. “Mundo Deportivo”nun yaydığı məlumata görə, tərəflər arasında artq razılıq əldə olunub. Yaxın günlərdə 18 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanacaq.
Buenonu “Barselona”nın gənclər komandasında iştirak edəcəyi gözlənilir.
